“Rusiya ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş zavodda AK-203 avtomatının istehsalı çox yaxınlarda başlayacaq. Bir çox silah növləri, o cümlədən “Brahmos” raketlərinin də artıq orada istehsalına başlanılıb”, - Modi bildirib.
Bu arada xarici KİV-lər Hindistanın “Agni-Prime” raketinin ilk buraxılışını sərgiləyən görüntüləri dərc edirlər.

Hindistanın Müdafiə nazirliyinin yaydığı məlumata görə, orta mənzilli ballistik raket mobil dəmir yolu platformasından buraxılıb.
2000 km-ə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulan bu yeni nəsil raket müxtəlif təkmil funksiyalarla təchiz olunub.
— Newsfeed (@Newsfeed883920) September 25, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


